Federal Təhqiqat Bürosu Kaliforniya ştatını İranın mümkün hücumu barədə xəbərdar edib

Federal Təhqiqat Bürosu Kaliforniya ştatını İranın mümkün hücumu barədə xəbərdar edib
Digər 30

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin Kaliforniya ştatının polis idarələrinə xəbərdarlıq edib ki, İran ölkənin Qərb sahillərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirə bilər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İran ABŞ sahillərindəki naməlum gəmidən istifadə edərək, xüsusən də Kaliforniyadakı qeyd olunmayan hədəflərə qarşı qəfil PUA hücumu həyata keçirməyi planlaşdırır.

Eyni zamanda, qurum qeyd edib ki, ehtimal olunan hücumun vaxtı, üsulu, hədəfi və ya onu həyata keçirə biləcək şəxslər barədə əlavə məlumata sahib deyil.

Bundan əlavə, ABŞ kəşfiyyatı Meksika narkokartellərinin PUA-lardan istifadəni genişləndirməsindən və bu texnologiyanın Meksika sərhədi yaxınlığındakı amerikalı hərbçilərə hücum üçün istifadə olunma ehtimalından çoxdandır narahatdır.

Bildirilir ki, İran Latın Amerikasında "geniş şəkildə fəaliyyət göstərir". Kəşfiyyat ehtimal edir ki, ABŞ ərazisinə hücum üçün avadanlıqlar istər quruda, istərsə də dənizdəki gəmilərdə əvvəlcədən yerləşdirilə bilər.

Son xəbərlər