Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır
Sosial 28

10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günüdür.

BAKU.WS xatırladır ki, Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il оktyabr ayının 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur.

1997-ci ildə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul оlunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi nazirliyin tabeliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş nazirliyin strukturunda isə həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər