Bakıda "əl enerjisi" ilə müalicə apardığı bildirilən özbəkistanlı saxlanılıb
Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində "əl enerjisi" ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.
Oxu.Az xəbər verir ki, özbəkistanəsilli İqbol Soliyev polis əməkdaşları tərəfindən tutulub. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti hadisəni Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, İqbol Soliyev özünü "Bionur" mərkəzinin sahibi kimi təqdim edir. Sosial şəbəkələrdə onun qəbuluna çox sayda insanın müraciət etməsi və klinikanın qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...