Dünyanın ən çirkin iti yarışında o qalib oldu - Bir baxan, bir də baxmaq istəmir - FOTO

Dünyanın ən çirkin iti yarışında o qalib oldu - Bir baxan, bir də baxmaq istəmir - FOTO
Foto
Siyasət 281

ABŞ-nin Kaliforniya ştatının Petaluma şəhərində dünyanın ən çirkin itləri müsabiqəsi keçirilib.

BAKU.WS xəbər verir ki, itlərin sahiblənməsini təşviq edən yarışmada iştirak edən itlər arasında ən çirkini baş mükafatı qazanıb.

Məlumata görə, bu dəfə birinci yeri 7 yaşlı Skuter adlı it tutub.

Qalib gələn Skuterin sahibi iti ilə fəxr etdiyini və yaşadığı bütün çətinliklərə rəğmən həyata möhkəm bağlandığı üçün xoşbəxt olduğunu dilə gətirib.

7 yaşlı çinli tüksüz it Skuter bu ada sonuna qədər layiqdir. Siçana bənzəyən quyruğu, tüksüz bədəni, deformasiyaya uğramış ayaqları, yaşlı insandakına bənzəyən saçları və daima çölə çıxan uzun dili ilə Skuter şirinliyindən heç nə itirmir.

Müsabiqənin qalibinə müsabiqə tərəfindən 1500 dollar və kubok verilir.

Son xəbərlər