İranın yeni ali liderinin aldığı xəsarətlər məlum olub

İranın yeni ali liderinin aldığı xəsarətlər məlum olub
Dünya 218

İranın yeni ali lideri Müctəba Xameneinin aldığı xəsarətlər məlum olub.

BAKU.WS "The New York Times"a istinadən xəbər verir ki, Müctəba Xamenei ölkənin ABŞ və İsrail ilə münaqişəsinin ilk günündə yaralanıb.

Nəşrin məlumatına görə, keçmiş lider Əli Xameneinin oğlu ayağından aldığı zədə səbəbindən hələlik ictimaiyyət qarşısına çıxmayıb.

Həmçinin o da bildirilir ki, Müctəba Xamenei haqqında hər hansı bir məlumat onun yerini üzə çıxara və onu təhlükəyə ata bilər.

ABŞ müdafiə naziri Pete Hegseth daha əvvəl bildirib ki, Müctəba Xamenei ABŞ prezidenti Donald Trampı dinləməlidir.

O, həmçinin Xameneinin İrana endirilən zərbələr nəticəsində yaralanması ilə bağlı şərh verərək, "vəziyyətlə bağlı şərh verə bilməyəcəyini" bildirib.

Son xəbərlər