SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər görüb, iki məscidin minarələri dağıdılıb.

Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb. Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.

Bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

***20:13

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumatda qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.

BAKU.WS
VİDEO

QALEREYA