SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın prestijli "Time" jurnalı 2024-cü ilin ən nüfuzlu 100 adamının adını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda musiqi və kino sektorundan, o cümlədən siyasətçilərdən və iş adamlarından belə bir çox şəxsin adı yer alıb.

Müğənni Dua Lipa

Böyük Britaniyalı müğənni yeni albomu "Radical Optimism"lə, eyni zamanda "Barbie" filmi üçün səsləndirdiyi musiqiyə görə ilin ən çox danışılan və müzakirə edilən məşhurlarındandır.

Aktyor və rejissor Dev Patel

Aksiyon səhnələri ilə dolu filmlərdə rol alan Patel "Monkey Man" filminin rejissorluğunu da öz üzərinə götürməsi ilə xeyli müzakirələrə səbəb oldu.

Aktyor Ceffri Rayt

Amerikalı aktyor "American Fiction" filmindəki rolu ilə xeyli marağa səbəb oldu.

Sənətçilər kateqoriyasında Kolmen Dominqo, Loren Qroff, Aleks Edelmen, Ceyms Makbric və Bruks Hidli kimi tanınmışlar da var.

İkonlar kateqoriyasında avstraliyalı müğənni Kayli Minouq ilk yerdə qərarlaşıb. O "Can't Get you Out of My Head" , "Padam Padam", "Come Into My World" və "The Loco-Motion" kimi mahnılarla "Time"ın ən nüfuzlu adamları sırasında daxil olmağı bacarıb.

Titanlar kateqoriyasında aparıcı Kelli Ripa, musiqiçi Cek Antonof, "F1" pilotu Maks Ferstappen kimi tanənmışlar yer alıblar.

Liderlər kateqoriyasında rusiyalı müxalifət lideri Navalnı, oun həyat yoldaşı Yuliya Navalnaya, Polşanın baş naziri Donald Tusk, Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva kimi adlar var.

BAKU.WS