Onlar "Oskar"ın "Ən yaxşıları" oldular - FOTO

Onlar Oskarın Ən yaxşıları oldular - FOTO
Siyasət 6

Hər il kino sahəsində ən yaxşıların mükafatlandırıldığı prestijli “Oskar” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, 96-cı dəfə təşkil edilən mötəbər mərasim ABŞ-nin Los Anceles şəhərindəki "Hollivud bulvarı" adlandırılan “Dolby” teatrında baş tutub. Mərasimi məşhur aparıcı Cimmi Kimmel təqdim edib.

Onlar

Mərasimdə 10 ekran işi “Ən yaxşı film” nominasiyasında mübarizə aparıb. 7 nominasiyada “Oskar”ları “Oppenheimer” filmi qazanıb. Bundan başqa ekran işi “Ən yaxşı film musiqisi”, “Ən yaxşı kinematoqrafiya işi”, “Ən yaxşı qurğu filmi” kimi nominasiyalarda da “Oskar”a layiq görülüb.

Onlar

Mükafatlandırma mərasimin “Ən yaxşı aktrisa”sı Emma Stoun olub. Ona bu mükafata "Poor Things" filmindəki roluna görə layiq görülüb.

Onlar

“Ən yaxşı aktyor” mükafatı isə Killian Mörfiyə verilib. Mörfi bu nominasiyada Bredli Kuper, Cefri Rayt və Kolmən Dominqo kimi məşhur rəqib aktyorları geridə qoyub. O "Oskar"ı "Oppenheimer" flmindəki roluna görə əldə edib.

Onlar

Məşhur rejissor Kristofer Nolan “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” alıb. O "Oppenheimer" filmini elranlaşdırdığı üçün bu mükafatı alıb. Nolanın bu nominasiyada rəqibləri Martin Skorseze, Yorqos Lantimos və Conatan Qleyzer kimi məşhur rejissorlar olub.

Onlar

Aktyor Robert Dauni “Ən yaxşı köməkçi aktyor” nominasiyasında qalib olub. O “Oskar”ı “Oppenheimer” filmindəki roluna görə qazanıb.

Onlar

Gecədə “Ən yaxşı beynəlxalq film” mükafatı “The Zone of İnterest”in aktyor heyətinə təqdim edilib.

Onlar

“Ən yaxşı animasiya” adına “The boys and the heron”, “Ən yaxşı qısa animasiya filmi” adına isə “War is over” adlı ekran işi layiq görülüb.

Onlar

Mərasimdə “Ən yaxşı köməkçi aktrisa” nominasiyasında Da’Vina Coy Randolf qalib olub. O bu mükafatı “The Holdovers” filmindəki roluna görə alıb.

Onlar

“Ən yaxşı qısa sənədli film” nominasiyasında “Oskar” “The last repair Shop” adlı ekran əsərinin aktyor heyətinə təqdim edilib.

Onlar

"20 Days in Mariupol" "Ən yaxşı sənədli film" nominasiyasında "Oskar"a layiq görülüb.

Onlar

Son xəbərlər