SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Tümen vilayətində Qazaxıstana doğru gedən magistral yolda daşqın səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya regionunun hakimiyyət orqanları məlumat yayıb.

Söhbət İşim - Kazanskoye regional magistral yolunun 56-dan 57-ci kilometrinə qədər olan hissədən - Tümen vilayətinin Kazan rayonunda Qazaxıstan Respublikasının sərhədindən gedir.

Aprelin 17-də məlum olub ki, Tümen vilayətinin İşim rayonunda daşqın təhlükəsi ilə əlaqədar təxliyə başlayıb.

Rayon rəhbərliyi vətəndaşlardan sənədləri, şəxsi əşyalarını və dərman preparatlarını özləri ilə aparmağı xahiş edib.

Bundan əvvəl Tümen vilayətində daşqın vəziyyəti ilə əlaqədar dərhal 11 yaşayış məntəqəsində təxliyə elan edilib.

BAKU.WS