SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya hərbçilərinin yerə endirdiyi Ukrayna pilotsuz uçuş aparatlarına (PUA) gizli radiomayak-tələlər tapılıb.

Onların köməyi ilə Ukrayna Silahlı Qüvvələri rusiyalı əsgərlərin yerləşdiyi ərazini müəyyənləşdirir və ora zərbələr endirə bilir.

Pilotsuz uçan aparatları tədqiq edən rusiyalı ekspertlər artıq bu barədə Rusiya ordusunun bölmələrinə xəbərdarlıq edərək onları belə mayakları məhv etməyə və ya onlardan ağıllı şəkildə istifadə etməyə çağırıb.

Ukrayna dronlarını tədqiq edən Dmitri Kuzyakin bildirib ki, mayaklar antenalı qutuya bənzəyir. Onlar pilotsuz təyyarəyə “sıx” bərkidilir, "LoRaWan" doldurulmasına malikdir və PUA-nın özündə heç bir şeylə əlaqəsi yoxdur. Radio mayak enerjiyə qənaət rejimində işləyir, GPS siqnalı alır və "LoRaWan" vasitəsilə məlumatı daha dəqiq göndərir.

Kuzyakinin sözlərinə görə, əvvəllər Ukrayna Silahlı Qüvvələrinə bu radiomayaklar düşmüş PUA-ların yerini tapmaq üçün lazım olub. Sonradan həmin mayaklar vurulmuş və yerə düşürülmüş PUA-ların Rusiya hərbçiləri tərəfindən aparıldığı ərazini müəyyənləşdirmək məqsədilə istifadə olunur.

BAKU.WS