SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhər saatlarında Tayvan sahillərində baş verən 7,7 bal gücündə zəlzələ ölkənin cənub-qərbindəki Yapon adaları yaxınlığında kiçik sunamiyə səbəb olub və Okinava prefekturasındakı Yonaquni, İşigaki və Miyako adalarına çatıb. Yaponiya Meteorologiya Agentliyi Miyako, Yaeyama və Okinava adaları üçün verdiyi sunami xəbərdarlığını ləğv edib.

BAKU.WS xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Rəsmilər insanları ehtiyatlı olmağa çağırır, çünki gelgit səviyyələri dəyişə bilər.

Bu gün 9:18-də Yonaquni adasını 30 santimetrlik sunami vurub.

Hündürlüyü 20 sm olan sunami də İşigaki adasına 9:52-də (Moskva vaxtı ilə 3:52) və Miyako adasına 10:08-də (Moskva vaxtı ilə 4:08) çatıb.

Eyni zamanda, hündürlüyü 1 metrə çatan daha böyük sunami ehtimalı barədə xəbərdarlıq edilib.

İlkin olaraq hündürlüyü 3 metrə çatan sunamini proqnozlaşdırılmışdı.

Okinava adasındakı Naha hava limanında uçuşlar sunami xəbərdarlığından sonra dayandırılıb və sərnişinlərə terminal binasının yuxarı mərtəbələrinə keçmələri tövsiyə edilib. Daha sonra Naha hava limanında bütün uçuşlar bərpa edilib.

BAKU.WS