SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində milyonçu ata 20 il ərzində ailə sərvətini öz oğlundan gizlətməyi bacarıb.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

Məşhur qəlyanaltı brendinin sahibinin oğlu, 24 yaşlı Zhanq Zilonq 20 yaşına qədər atasının var-dövləti barədə ona yalan danışdığını etiraf edib.

Zilonqun sözlərinə görə, valideyni onun həyatda müstəqil şəkildə uğur qazanmasını istəyib.

51 yaşlı Zhanq Yudonq isə hər il təxminən 600 milyon yuan (143 milyon AZN) dəyərində məhsul istehsal edən ləzzətli qəlyanaltılar hazırlayan "Mala Prince" şirkətinin yaradıcısı və sahibidir.

Brend Zhanq Zilonqun anadan olduğu il təsis edilib. Uşaq Hunan əyalətində adi bir mənzildə böyüyüb. O, müstəqil şəkildə rayonun ən yaxşı məktəblərin birinə daxil olub. Zhanq böyüdükcə ailəsinə borclarını ödəməyə kömək etmək üçün aylıq təxminən altı min yuan (təxminən 1500 AZN) gəliri olan sabit bir iş tapıb.

Yalnız universiteti bitirdikdən sonra atası ona sərvətlərindən danışıb və sonra ailə 10 milyon yuan (təxminən 130 milyon rubl) dəyərində malikanəyə köçüb.

BAKU.WS