SİZİN REKLAM BURADA!
055 213 76 73


Terrorçuların Crocus City Hall-dan qaçma anını əks etdirən görüntülər yayılıb. 

Bu barədə görümtüləri “Mash” Telegram kanalı yerləşdirib.

Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də binanın yaxınlığında maşını saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçıblar və maşına əyləşərək Bryansk rayonuna tərəf gediblər.

Videomüşahidə mütəxəssisləri ağ rəngli Renault-nun yolunu tez bir zamanda bərpa edib, polisə FTX ilə birgə terrorçuların marşrutunu hesablamağa və onları saxlamağa kömək ediblər.

***15:38

Crocus City Hall-da insanları qətlə yetirən terrorçulardan biri Fəriddun Şamsutdin martın 7-də oradakı tamaşaya qatılıb.

Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Terorçunun fotosu həmin gün Crocus-da işləyən fotoqraf tərəfindən çəkilib.

Fotoqraf cinayətkarı o həbs edildikdən sonra tanıyıb.

Məlumat üçün bildirək ki, məhz martın 7-də ABŞ və Böyük Britaniya konsertlərdə terror aktları təhlükəsinin yüksək olması ilə bağlı xəbərdarlıq edib. 

BAKU.WS
VİDEO