“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla görə öldürdüm” - VİDEO
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda şübhəli bilinənlərdən birinin dindirilməsinin görüntüləri yayılıb.
Məlumata görə, o, meşədə, ağacda gizlənibmiş.
Tacikistan vətəndaşı olan şübhəli sifarişçilərin onunla “Telegram” vasitəsilə əlaqə saxladığını bildirib.
“Pula görə öldürdüm. Təxminən 500 min rubla (təxminən 9200 manat). Hələ pulun yarısını almışdım”, - deyə o qeyd edib.
Şübhəli vəsaitin karta köçürüldüyünü vurğulayıb. O, həmçinin, silahla sifarişçilər tərəfindən təmin olunduğunu qeyd edib.
Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxladıqları barədə xəbər vermişdik.
Oxşar xəbərlər
Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 150-yə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb. “Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat...