Krokusdakı silahlı hücumla bağlı ŞOK TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB

Krokusdakı silahlı hücumla bağlı ŞOK TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Video
Siyasət 3

Terrorçuların Crocus City Hall-dan qaçma anını əks etdirən görüntülər yayılıb.

Bu barədə görümtüləri “Mash” Telegram kanalı yerləşdirib.

Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də binanın yaxınlığında maşını saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçıblar və maşına əyləşərək Bryansk rayonuna tərəf gediblər.

Videomüşahidə mütəxəssisləri ağ rəngli Renault-nun yolunu tez bir zamanda bərpa edib, polisə FTX ilə birgə terrorçuların marşrutunu hesablamağa və onları saxlamağa kömək ediblər.

***15:38

Crocus City Hall-da insanları qətlə yetirən terrorçulardan biri Fəriddun Şamsutdin martın 7-də oradakı tamaşaya qatılıb.

Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Terorçunun fotosu həmin gün Crocus-da işləyən fotoqraf tərəfindən çəkilib.

Fotoqraf cinayətkarı o həbs edildikdən sonra tanıyıb.

Məlumat üçün bildirək ki, məhz martın 7-də ABŞ və Böyük Britaniya konsertlərdə terror aktları təhlükəsinin yüksək olması ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər