SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.

BAKU.WS