Ukrayna PUA-larla Rusiya ərazisinə kütləvi hücum edib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
23
mar
2024
20:36
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.
Oxşar xəbərlər
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum etdi
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Qubkin şəhərinə PUA ilə hücum edib. BAKU.WS-in xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov...