SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi bürcdən olan adamlarla yola getmək çox çətin olur. Çox vaxt adamı canından bezdirirlər. Onlarla sirlərinizi paylaşsanız sizi rəzil-rüsvay belə edə bilərlər. Bu dəfə astroloqlar ən qeybətçil 4 bürcün adını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən həmin bürcləri təqdim edir:

Qız bürcü

Həyatda hər şeyə dərin maraq göstərən qız bürcünün nümayəndələri üçün qeybət vərdiş kimidir. Onlar bunu çox sakit formada edirlər. Özlərinə gəlincə isə belə deyillər. Amma digər insanlar haqqında olan mövzularda özlərinə əngəl ola bilmirlər. Bu həyatda ən yaxşı qeybət edən edən bürclər qız bürcüdür. Onun eşitdiyi sirri daha sonra bir çox adamdan eşidə bilərsiniz.

Əkizlər bürcü

Əkizlər bürcünün nümayəndələri informasiya sahibi olmağı və onu paylaşmağı sevir. Düzdür çox tez sıxılırlar, amma qeybəti dinləmək üçün onların lap ürəyi gedir. Özlərini diqqət etmirmiş kimi göstərirlər, amma qulaqları həmişə qeybətdədir. Bu bürcün adamları cana çox yaxındır. Digər insanların həyatından olanları müzakirə etməkdən zövq alırlar. Çox duyğusal bürc olsalar da, sirr saxlamaq mövzusunda peşəkar deyillər. Bu bürclərə sirr verərəkən diqqət etməlisiniz.

Buğa bürcü

Bu bürcün nümayəndələri qeybəti haikimiyyət əldə etmək istədikləri zaman istifadə edirlər. Olduğu mövqeyi qorumaq və sahib olduğunu itirməmək üçün nə lazımdırsa etməyə hazırdırlar. Buğa bürcləri sirr saxlamağı sevmirlər. Onlara sirr versəniz əmin olun ki, bunu saxlaya bilməcəklər.

Balıq bürcü

Balıq bürcü hər zaman daxili aləmində olanları ətrafdakılara danışır. Lakin onlara qarşı haqsızlıq edilərsə və kimdənsə inciyərlərsə bu zaman onları qeybət etməkdən kimsə çəkindirə bilməz. Onlar bəzən bilməyərəkdən də onlara verilən sirri ifşa edirlər. Bu bürcə qarşı da diqqətli olmağınız vacibdir.

BAKU.WS