Kriminal avtoritet "Şakro Molodoy" azadlığa buraxılıb
Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən, Şakro Molodoy kimi tanınan kriminal avtoritet Zaxari Kalaşovu şərti azadlığa buraxıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Məhkəmə Kalaşov Z.K.-nın şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Bu vəsatət üzrə məhkəmə iclası bu gün bağlı qapılar arxasında keçirilib", - mətbuat xidmətindən bildiriblər.
Hələlik qərardan proses tərəflərindən heç biri tərəfindən apellyasiya şikayəti verilməyib.
Kalaşovun şərti azadlığa çıxmaq üçün müraciət edəcəyi barədə məlumat 2023-cü ilin fevralında teleqram kanallarında yayılıb.
Oxşar xəbərlər
Kriminal aləmə XƏBƏRDARLIQ – 1 nömrəli “qanuni oğru” azadlığa çıxır
Bütün Rusiya kriminal aləmi son dərəcə əlamətdar hadisə barədə xəbərdar edilib. BAKU.WS lent.az-a istinadən bildirir ki, 2024-cü ilin yazının sonu və yayın əvvə...