Gürcüstan Saakaşvilini Ukraynaya verməkdən imtina etdi

Gürcüstan Saakaşvilini Ukraynaya verməkdən imtina etdi
Siyasət 138

Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski bildirib ki, rəsmi Tbilisi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ukraynaya vermək niyyətində deyil və belə bir variant istisnadır.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sizin ərazinizdə cinayət törətmiş şəxsi (Mixail Saakaşvilini – red.) Ukraynaya təhvil vermək istəyi necə ola bilər?” - deyə Volski vurğulayıb.

Bundan əvvəl Ali Radadakı “Xalqın qulluqçusu” partiyasının fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Ukrayna hakimiyyəti Gürcüstanla Rusiya arasında 2023-cü ildə bərpa olunan hava nəqliyyatının dayandırılmasının tərəfdarıdır və sabiq prezidntin azadlığa buraxılmasını tələb edir.

Son xəbərlər