Asif Əli Zərdari Pakistan prezidenti seçilib
09
mar
2024
22:00
Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.
Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.
Oxşar xəbərlər
İmran Xan 14 il müddətinə azadlıqdan məhrum edildi
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət Uğrunda" Partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibi korrupsiya və xaricdən həd...