İmran Xan 14 il müddətinə azadlıqdan məhrum edildi
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət Uğrunda" Partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibi korrupsiya və xaricdən hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə 14 il həbs cəzasına məhkum edib.
Bu barədə Dawn qəzeti məlumat yayıb.
Bundan əvvəl Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
İmran Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrlənmiş teleqram aldığını elan etməsindən sonra başlayıb.
Bildirilir ki, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə edib.
Oxşar xəbərlər
İmran Xan Pakistanda parlament seçkilərində iştirak edəcək
Pakistanın keçmiş Baş naziri İmran Xan fevralın 8-də parlamentə keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcək. “Report” xəbər verir ki, bu barədə siyasətçi...