Fil turist qadını xortumu ilə yerə çırpdı - ANBAAN VİDEO
28
fev
2024
15:13
Hindistanda fil rus turisti xortumu ilə tutub yerə çırpıb.
BAKU.WS Daily Mail-ə istinadən xəbər verir ki, Hindistanın Caypur şəhərində filin Rusiyadan gələn turisti yerə atması videoya düşüb.
Hadisə Amber Fort yaxınlığındakı turistik ərazidə baş verib. Xəsarət alan Rusiya vətəndaşının ayağı sınıb.
Kadrlardan görünür ki, qız filin üstünə çıxmağa çalışsa da, heyvan onu xortumu ilə tutub yerə atıb. Heyvanın belində oturan adam da yıxılıb. Xəsarət alan rusiyalı qadının vəziyyəti ilə bağlı məlumat yoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...