SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtomobil qəzası keçirib iki uşağın həyatına son qoyan qadın polisi aldadaraq sükan arxasında əkiz bacısının olduğunu deyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onların bu planını polis aşkara çıxarıb.

Belə ki, 7 yaşlı Vilma Miller və 11 yaşlı İrma Miller bacıları ötən ilin sentyabrında ABŞ-ın Minnesota ştatında baş vermiş avtomobil qəzasında həlak olublar.

Qəza zamanı uşaqlar at arabasında olublar. Arabada olan digər oğlan yaralanıb, at isə həlak olub. Sarah Peterson (35) hadisə yerinə gələn polisə sükan arxasında olduğunu bildirib. Bu vaxt Saranın eyni əkiz bacısı Samanta da onun yanında idi. Lakin hadisə şahidlərinin ifadələri sürücü barədə şübhələri artırıb. Çünki şahidlər qadınlardan birinin hadisə yerinə qısa müddət sonra gəldiyini və avtomobildə paltarını dəyişdiyini bildiriblər.

O, günahı öz üzərinə götürərək, sükan arxasında olduğunu deyib və əkiz bacısını cəzadan xilas etməyə çalışıb. Polisin şübhələri isə bu planı alt-üst edib.

Polis hadisə yerində olan hər iki qadından ifadə alıb. Avtomobildən çıxarkən isə səsyazma cihazını açıq qoyub. Qadınlardan biri digərinə “Polislərdən biri məndən şübhələndi”, digəri isə “İkimizin arasını fərqi anlamaqlarına imkan yoxdur” deyib.

Məlum olub ki, qəza zamanı Samanta metamfetamin təsiri altında olub, ona görə də əkizindən qəzaya görə məsuliyyəti öz üzərinə götürməsini istəyib. O, bu yolla çox az cəza ilə bu cinayətdən qurtulacaqdı.

Sarah əvvəllər məhkum olub. Bu vaxt onun uşaqlarına Samanta baxıb. Məlum olub ki, o, əkizinə borclu olduğunu düşünərək günahı öz üzərinə götürüb. Hər iki qadını ağır həbs cəzası gözləyir.

BAKU.WS