SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə istehsalı olan və əsasən səhra döyüş zonalarında inanılmaz perfomansa sahib PARS ALPHA 8X8 yeni nəsil zirehli döyüş maşınının bəzi özəllikləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, əsasən səhra döyüş meydanında zirehli maşınlar içərisində rəqib tanımır. Çoxsaylı funksiyalarına və aktivliyinə görə görənləri heyrətləndirir.

Avtomobilin ön tərəfdə həm sürücünün, həm də istəyə görə atıcının, komandirin və ya digər şəxsi heyətin otura biləcəyi, iki nəfərlik oturacaq quraşdırılıb.

Arxada isə piyada canlı döyüş qüvvələrin yerləşdirilməsi üçün 9 oturacaq quraşdırılıb. Avtomobilin içərisində oturub, ətrafı izləmək, xüsusi kameralar vasitəsilə uzaq və yaxın görüntülər əldə etmək mümkündür.

Avtomobildə minaəleyhinə təkər rezinləri, xüsusi zəncirlər quraşdırılıb. BUndan əlavə maşında xüsusi tapşırıqları yerinə yetirmək üçün 30 millimetrlik top quraşdırılıb.

Bundan əlavə maşına istəyə görə müxtəlif çaplı pulemyot qoyula bilər. PARS ALPHA-nın çəkisinin 35 tondan aşağı olduğu qeyd edilib. Əlavə avadanlıqlar, silahlar quraşdırıldıqda, bunun 40 tona yaxın ola biləcəyi vurğulanıb.

Avtomobil dar yollarda, bataqlıqlarda və qumsal ərazilərdə rahatlıqla manevr edə bilir.

Qeyd edək ki, PARS ALPHA 8X8 yeni nəsil zirehli döyüş maşını ilk dəfə Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində nümayiş etdirilib.

Səkkiz təkərli “PARS ALPHA 8X8” şirkətin mühəndislərinin texnoloji yenilikləri, toplanmış təcrübəni bir araya gətirməyə yönəlmiş 35 illik səyinin nəticəsidir.

Cavid Babayev
BAKU.WS
VİDEO