SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam" filmlərində mənfi obraz kimi məşhur aktyor Hikmet Taşdemir vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o 82 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Aktyor sonuncu dəfə "Arka Sokaklar" serialında çəkilib.

Məlumat üçün bildirək ki, Hikmet Taşdemir 1942-ci ildə Erzurumda doğulub. Gənc yaşlarından teatrda çalışmağa başlayıb. Bir çox ekran işində kömöəkçi rollarda çəkilib.

Aktyor türk kino sənətində daha çox "Korkusuz Korkak" filmində Qəddar Kərim, "Umudumuz Şaban"da Mardinli Arif və "Tatar Ramazan" da Cıbıl Halil kimi mənfi obrazlarla yadda qalıb.

BAKU.WS
QALEREYA