SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam"ın məşhur ulduzu Hikmet Taşdemir yeni açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı aktyor müsahibəsi zamanı qəbrini hazırlatdırdığını etiraf edib. O, dünyasını dəyişən zaman 57 illik həyat yoldaşı Rafiye Daşdemirin məzarı yanında dəfn olunacaq.

Taşdemir "Oğlum ilə görüşmürəm. Anasının dəfninə belə gəlmədi. Onun mənim məzarımı hazırlatdıracağına şübhə edirəm. Heç kimdən gözləntim yoxdur. Fikirləşdim, əvvəldən qəbrimi hazırlatdırım", - deyə açıqlamasında qeyd edib.

Aktyor müsahibəsi zamanı hazırda təqaüd aldığını və iki evindən əldə etdiyi kirayə pulu ilə dolandığını bildirib. 

Hikmet Taşdemir "Umutsuzlar", "Baba", "Mahkum", "Leyla İle Mecnun", "Battal Gazi", "Batsın Bu Dünya", "Korkusuz Korkak" və "Umudumuz Şaban" kimi populyar ekran işlərində rol alıb. 

Zöhrə Pənahi
BAKU.WS