"Qarabağ" məşhur klubları geridə qoydu - SİYAHI

Qarabağ məşhur klubları geridə qoydu - SİYAHI
Si̇yahı Foto
İdman 160

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.

Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.

"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.

"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real" (490 xal) başçılıq edir. İlk üçlükdə "Barselona" və "İnter" klubları yer alıb.

Türkiyə klublarından ən yüksək nəticə "Fənərbağça"ya məxsusdur. İstanbul təmsilçisi 27-ci pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Qarabağ"ın zədəli futbolçularının son vəziyyəti necədir?

"Qarabağ"ın zədəli futbolçularının son vəziyyəti necədir?

Heyətində yeniliklər edən "Qarabağ" klubunun iki futbolçusu barədə xəbər var. BAKU.WS Qol.az-a istindən xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi, hücu...

34 İdman 12:51 07 sentyabr 2026

Son xəbərlər