Sui-qəsdə uğrayan Slovakiyanın baş naziri işinə qayıdıb
Mayın 15-də sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fitso öz işinə qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Fitso Slovakiyanın qərbindəki Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndində yerləşən Agro Voderady kənd təsərrüfatı birliyinə baş çəkib. Baş nazir məhsul yığımının gedişatını nəzərdən keçirib və 2024-cü ildə bunun əvvəlki illərdən daha az olacağını bildirib.
"İqlim dəyişikliyi bir reallıq kimi qəbul edilməlidir" deyə Fitso bildirib.
Fitso ilk dəfə ötən cümə günü ictimai tədbirdə iştirak edib. Bu, respublikanın dövlət bayramı - Müqəddəs Kiril və Methodius Gününə təsadüf edib. O, Bratislavanın ətrafı olan Devin şəhərində qısa nitq söyləyib.
Oxşar xəbərlər
Fitsonun mühafizəçisi onun həyatını belə xilas edib - VİDEO
Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok sui-qəsdə uğrayan baş nazir Robert Fitsonun mühafizəçilərinin əməllərindən danışıb. BAKU.WS xarici mətbuata i...