Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə

Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə
Video
Dünya 81

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 5176 kilometr uzaqlıqda, Atlantik okeanının şimalında yerləşən, qeyzerlər, vulkanlar, şəlalələr və qütb işıqları ilə məşhur olan İslandiyadan bəhs olunub.

Bu ölkədə yayda belə temperatur 20 dərəcədən yuxarı qalxmır. Elə buna görə də adıçəkilən ölkəyə buzlar diyarı deyirlər.

İslandiya haqqında maraqlı məqamlardan biri də odur ki, bu ölkəni 26 gün Osmanlı imperiyası idarə edib.

1627-ci ildə adaya gələn türklər 400 nəfər islandiyalı əsir və ərzaq yüklü gəmi ilə buranı tərk ediblər. Hər halda belə soyuq ölkədə yaşamaq onlara imkansız gəlib, ya da sadəcə buraları sevməyiblər.

İndi isə İslandiyada 399 min nəfər yaşayır. Maraqlıdır ki, bu ölkədə dünyaya uşaq gətirmək üçün rəsmi olaraq nikaha girmək vacib deyil.

Burada doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib.

İslandiyalılar pasportdakı möhürə ciddi baxmırlar.

Deyirlər ki, hər şey qanunla tənzimlənirsə, buna ehtiyac yoxdur. Onsuz da ayrılanda qanun əmlakın yarı bölünməsini təmin edir. Çünki o həm rəsmi nikahda olanlar, həm də birlikdə yaşayan cütlüklərə şamil olunur.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı 41 min 870 nəfərə çatıb

Qəzzada ölənlərin sayı 41 min 870 nəfərə çatıb

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə anklavın Səhi...

5 Dünya 16:13 06 oktyabr 2024

Son xəbərlər