FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir", - FHN-in məlumatında diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: "...