Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı

Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı
Şərh Foto
Siyasət 9

"Ermənistan Vətən müharibəsinə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə məcbur etdi. Azərbaycan Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi".

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə anonsu hələ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Aprel döyüşlərindən sonra vermişdi.

Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı

"O zaman o demişdi ki, Azərbaycan Ordusu qısa bir zamanda işğalçı qüvvələri torpaqlarımızdan qovaraq onları darmadağın etməyə və ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Sonra, əlbəttə, siyasi arenada ermənilərə bunu anlatmağa çalışsaq da, ermənilər bunu anlamadılar. Hətta yeni ərazilər haqqında müəyyən fikirlər səsləndirirdilər. Azərbaycan qələbə çaldı və 9 bənddən ibarət bəyanat imzalandı".

Şair Ramaldanov deyir ki, bundan sonra da Ermənistan tərəfi öz qeyri-konstruktiv mövqeyindən əl çəkmədi və sənəddə əksini tapan müddəaları yerinə yetirməkdən boyun qaçırdı:

"Ermənilər nə beynəlxalq normaları, nə də beynəlxalq hüququ yerinə yetirmək istəmədilər və nəticədə qanunsuz silahlı dəstələr yaratdılar.

Separatçı rejim günü-gündən azğınlaşdı. Azərbaycan ərazisində Azərbaycana meydan oxumağa çalışdılar. Qanunsuz silahlıların sayı əvvəlcə 5 min, sonra 10 min oldu. Sonradan məlum oldu ki, qanunsuz silahlıların sayı artaraq 15 minə yüksəlib.

Gizli şəkildə ağır texnika, toplar və digər zirehli texnikalar toplamağa çalışdılar. Bununla da Azərbaycanın ətraf yaşayış məntəqələrində dinc əhali üçün təhlükə yarandı.

Həmin dövrdə atəşkəs pozulurdu və demək olar ki, ərazimizdə terror fəaliyyətlərini genişləndirmək istəyirdilər.

İş o yerə çatmışdı ki, ərazidə yerləşdirilən Rusiya sülhməramlıları da vəziyyətə nəzarət edə bilmirdilər. Çünki onlar həm sayca çox az idi, həm də qanunsuz silahlıların sayının artması, demək olar ki, separatçı rejimə üstünlüklər yaradırdı.

Belə olan halda Azərbaycanın başqa çarəsi qalmamışdı. Həmin dövrdə cənab Prezident İlham Əliyev dəfələrlə çağırışlar etmişdi. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfindən razılaşmalar yerinə yetirilmədi.

Belə olduqda, Azərbaycanın suverenliyinin bərpası uğrunda Ordumuz antiterror əməliyyatına başladı. Nəticədə ərazilərimizdə separatçı rejimin kökü kəsildi. Azərbaycan Ordusu suverenliyimizi tam bərpa etdi".

Son xəbərlər