Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?
Digər 694

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Bu gün Azərbaycanda bilik günüdür. BAKU.WS olaraq Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ankara Məktəbi" məktəb-liseyində olduq. Məktəbin direktoru Arzu...

285 Digər 10:08 15 sentyabr 2026

Son xəbərlər