SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kanal D” efirində yayımlanan məşhur "Arka Sokaklar" serialında “Mesut” obrazını canlandıran aktyor Şevket Çoruhun komandadan ayrıldığı deyilir.

BAKU.WS xəbər verir ki, iddialara görə, Şevket Çoruh bundan sonrakı bölümlərdə rol almayacaq.

İddialar qısa müddətdə Türkiyənin sosial şəbəkələrində böyük müzakirələrə səbəb olub.

İş o yerə çatıb ki, serialı çəkən “Erler Film” rəhbərliyi məsələyə münasibət bildirib.

Qeyd edilib ki, “Mesut” "Arka Sokaklar"ın ən sevilən xarakterlərindən biridir. Bu obraz olmadan serialı təsəvvür etmək mümkün deyil. 15 ildir efirlərdə tamaşaçı marağına səbəb olan "Arka Sokaklar"da Şevket Çoruh da iştirak edəcək.

BAKU.WS
QALEREYA