SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

BAKU.WS