SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq səyahətçilər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, norveçli turistlər Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında minalardan təmizlənmə prosesini müşahidə ediblər.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərin mülki minalardan təmizlənməsinin necə aparıldığını, neçə kvadratmetr ərazinin artıq təmizləndiyini və görüləcək işlər barədə məlumat veriblər.

Qonaqlara həmçinin əvvəllər aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.

***09:00

Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib.

Qeyd edək ki, “Vaqa” turist qrupunun rəhbəri Yorn Augestadın başçılığı ilə səyahətçilər Qarabağa və Şərqi Zəngəzura yollanıblar. Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.

BAKU.WS
QALEREYA