SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində Liu adlı qadın 2.8 milyon dollar dəyərində sərvətini it və pişiklərinə vəsiyyət edib.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, buna səbəb yaşlı qadının övladlarının ona qayğı və diqqət göstərməməsi olub.

Şanxayda yaşayan Liu bir neçə il əvvəl bütün var-dövlətini üç uşağı arasında bölüb. O bununla bağlı vəsiyyətnamə hazırlatdırıb.

Bir müddət əvvəl ağır xəstəlik keçirən Liunu heç bir uşağı ziyarət etməyib, onunla maraqlanmayıblar. Bundan sonra o fikrini dəyişib və vəsiyyətnaməsini ləğv edib.

Çin mətbuatının yaydığı məlumata görə, xəstə olduğu vaxt it və pişikləri Liunun yanında olublar. Bu səbəbdən qadın yenidən vəsiyyətnamə yazdıraraq 2.8 milyon dollar dəyərində mal-mülkünü it və pişiklərinə vəsiyyət edib. Çindəki baytarlıq klinikalarından biri Liunun bu vəsiyyətini yerinə yetirəcəyini, Liu öldükdən sonra onun var-dövlətinin ev heyvanlarının qidalanmasına və baxımına sərf edəcəyinə söz verb.

Lakin "China Morning Post" yazır ki, Çin qanunların əsasən, Liunun bütün sərvətini heyvanlarına vəsiyyət etməsi ölkə qanunlarına ziddir.

Bəzi səlahiyyətli şəxlər Liuiyə uşaqlarına növbəti dəfə şans verməsini və vəsiyyətnaməsi barədə yenidən düşünməi məsləhət görüblər.

Çində sosial şəbəkələrdə yayılan xəbər böyük əks-səda doğurub.

İzləyicilər Liunu bu qərarına görə dəstəkləyiblər. Onlar yaşlı qadın haqqında "Kim bilir qəlbi nə qədər qırılıb ki, axırda belə bir qərar verib" kimi şərhlər yazaraq ona dəstək olublar. 

BAKU.WS