Səhnədə vəfat edən müğənninin anım günündə izdiham yaşandı

Səhnədə vəfat edən müğənninin anım günündə izdiham yaşandı
Video
Şou-biznes 228

Mərhum müğənni Volkan Konak vəfatının ildönümündə doğma yurdunda anılıb.

BAKU.WS xəbər verir ki, Trabzonda duyğusal anım mərasimi baş tutub. Sevənləri Maçka rayonunda yerləşən Güney məhəlləsindəki məzarında izdiham yaradıb.

Sənətçi dəfn olunduğu Konakoğlu Ailə Qəbiristanlığında anılıb. Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları və çoxsaylı pərəstişkarları iştirak ediblər.

Tədbir boyu Volkan Konakın ifaları səsləndirilib, onun sənət yolu və xatirələri yad edilib. Sevənləri sənətçinin ölümünə görə yenidən təsirlənərək göz yaşlarını saxlaya bilməyib.

Sənətçinin həyat yoldaşı Selma Konak isə daha əvvəl etdiyi paylaşımda həyat yoldaşının yoxluğunda keçən bir ilin ağır olduğunu vurğulayıb.

Onun bu sözləri sosial şəbəkələrdə geniş rezonans doğuraraq sənətçinin sevənlərini bir daha kədərləndirib.

Xatırladaq ki, məşhur müğənni 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.

Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər

Tatlısesin qızı buzlu suya girib PAYLAŞDI

Tatlısesin qızı buzlu suya girib PAYLAŞDI

Müğənni Dilan Çıtak Tatlıses buzlu suda meydan oxuduğu görüntüləri sosial şəbəkədə paylaşıb. BAKU.WS xəbər verir ki, o, paylaşımında "Bugün bir delilik yaptım"...

469 Şou-biznes 22:02 31 mart 2026

Son xəbərlər