AzTV-nin aparıcısına vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
BAKU.WS xəbər verir ki, sözügedən Xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə "ATV", "GünAz TV" və "MTV" telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.
Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.
Oxşar xəbərlər
Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici...