Hindistandan Moskvaya uçan təyyarə Əfqanıstanda qəzaya uğrayıb - VİDEO
Hindistandan Rusiyanın paytaxtı Moskvaya uçan sərnişin təyyarəsi Əfqanıstanın dağlıq rayonlarından birində qəzaya uğrayıb.
Rusiya qeydiyyatında olan şəxsi "Falcon 10B" təyyarəsi Hindistandan havaya qalxdıqdan sonra Əfqanıstanın Bədəxşan vilayətində qəzaya uğrayıb.
Təyyarədə ikisi Rusiya vətəndaşı olmaqla, ümumilikdə altı nəfər olub.
"Falcon 10B"nin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Qəza zamanı təyyarənin iki mühərrii sıradan çıxıb.
Qeyd edək ki, təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter reysi həyata keçirirdi.
#BREAKING #URGENT
— Brian’s Breaking News and Intel (@intelFromBrian) January 21, 2024
A passenger plane has crashed in the mountains of Badakhshan, Afghanistan. pic.twitter.com/6ATIrSurUe
Oxşar xəbərlər
Ekvadorda kütləvi iğtişaşlar: İkisi polis olmaqla, 10 nəfər öldürüldü - VİDEO
Ekvadorda baş verən iğtişaşlarda neçə nəfərin öldüyü məlum olub Ekvadorda silahlı iğtişaşlar zamanı azı on nəfər həlak olub. Bu barədə ölkənin Milli Polis İdarə...