SİZİN REKLAM BURADA!
055 213 76 73


Terapevt qalxanabənzər vəzinin yoxlanılmasının niyə bu qədər vacib olmasından və onun orqanizmi necə məhv edə biləcəyindən danışıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qalxanabənzər vəzi orqanizmin ən vacib orqanlarından biri hesab olunur.

Bədənin hər bir hüceyrəsinə təsir edən etrayodtironin (T4)triyodtironin (T3) - bütün bədənin işləməsi üçün vacib hormonlar istehsal edən odur.

Tiroid hormonları bir çox funksiyaya malikdir:

- yağların və karbohidratların istifadə sürətini dəstəkləyir,

- bədən istiliyinə nəzarət etməyə kömək edir,

- ürək döyüntülərinə təsir edir,

- bədən tərəfindən istehsal olunan protein miqdarını idarə etməyə kömək edir.

"Qalxanvari vəzi az miqdarda hormon istehsal etdikdə, hipotiroidizm (Hipertireoidizm, yəni vəzin hiperfunksiyası, aşağıdakı əlamətlərlə özünü büruzə verə bilər: tərləmə, əllərdə əsmə, iştahanın artması, əsəbilik, yuxusuzluq, arterial təzyiqin yüksək olması, çəkinin azalması, ürək döyüntülərinin sayının artması, saçların tökülməsi və s.) başlayır. Metabolizm yavaşlayır, çəki artır, dəri quruyur, depressiya yarana bilər, siz həmişə yorğun olursunuz, həmçinin qəbizlikdən əziyyət çəkirsiniz və soyuqlara dözmək daha çətindir", terapevtlər izah edir.

Bunun nəticəsində zamanla xolesterin çox yüksəlir və ürək problemləri başlayır.

Həkimin sözlərinə görə, qalxanabənzər vəzi uşaqlıqdan yoxlanılmalıdır. Uşaqlarda vəzi ilə bağlı problemlər aşağıdakı simptomlarla özünü göstərə bilər: qeyri-kafi böyümə və zehni inkişaf, diş inkişafı. Uşaqlarda qalxanabənzər vəzinin xəstəlikləri, əsasən, yod çatışmazlığına görə yaranır. 

Qeyd olunub ki, güclü şüalanma və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus, bakteriyaya yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir.

BAKU.WS