Bağçada azyaşlıya qarşı şiddət göstərən dayə işdən ÇIXARILIB - GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda iki il əvvəl bağçada azyaşlıya şiddət göstərən dayə işdən çıxarılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.
Məlumata görə, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub.
İdarədən bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə bu gün müvafiq əmrlə işdən azad edilib.
***16:44
Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
İddialara görə, görüntülər Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alınıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...