Cəzası uşağına görə təxirə salındı...
 
                            Xırdalanda "AAAF Park" yaşayış kompleksinin ərazisində ağır qəza törətmiş Zülfiyyə Padarovanın (şərti ad-soyadlı) məhkəməsi keçirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.
Araşdırmalarla müəyyən edilib ki, ötən ilin oktyabrında baş vermiş hadisə zamanı 1986-cı il təvəllüdlü Z.Padarovanın idarə etdiyi "Mercedes" markalı avtomobil onun özünə məxsus olmayıb.
Qəza nəticəsində həlak olan Viktoriya Qroxotova isə Özbəkistan vətəndaşı olub.
Z.Padarova ifadəsində bildirib ki, piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ona 11 gün tibbi yardım göstərilib. Lakin Viktoriyanın həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən qadın sürücülük vərdişlərinin zəif olduğunu etiraf edib.
O, maşının sevgilisinə məxsus olduğunu deyib: "Üç ay idi ki, Musa ilə qeyri-rəsmi ər-arvad münasibətində bir yerdə yaşayırdıq. 7 oktyabr 2024-cü ildə kompleksin həyətində olarkən mənə maşının sükanı arxasına keçməyi təklif elədi. Əvvəllər də onun təklifi ilə dəniz kənarında, boş sahədə avtomobil idarə etmişdim. Evə doğru məsafə az olduğundan və Musa yanımda olduğu üçün sükan arxasına oturdum. Elə bir qədər getmişdik ki, həmin qadın maşının qarşısına çıxdı, sürət 10-15 km/saat olsa da, məsafə çox yaxın olduğu üçün avtomobili saxlaya bilmədim. Avtomobil qadının üstündən keçdi, o, əlini atıb "ruçnoy"u çəkdi, maşın dayandı. Şok vəziyyətində idim, maşından düşəndən sonra təcili yardımı çağırdıq. Onun müalicəsi üçün bütün xərcləri çəkdim. Hadisədən sonra Musa ilə əlaqəmi kəsdim".
Məhkəmə Zülfiyyə Padarovaya 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin qadının himayəsində olan 2019-cu il təvəllüdlü uşağı 14 yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınıb.
Oxşar xəbərlər
Bakıda oğurluq hadisəsi kameralara düşdü - ANBAAN VİDEO
Ötən gün Bakının Xətai rayonu ərazisində baş verən oğurluq müşahidə kamerasına düşüb. Bu barədə oğurluq olan evin sahibi BAKU.WS-in "qaynar xətti"nə bildirib. O...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    