Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
 
                            Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasından BAKU.WS-ə verilən xəbərə görə, iclasda ilk olaraq Azərbaycanın 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.
Bildirilib ki, Rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə təqdim olunan aidiyyəti sənədlərin qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.
Müzakirələr zamanı Rəydə əksini tapan əsas məqamlar, aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Rəyin təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.
Daha sonra iclasda "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyləri müzakirə olunub.
Kollegiya üzvləri Rəylərdə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəylərin təsdiqlənərək Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
İdeoloji işğalçıların yeni və köhnə əlaltıları
Çağdaş dünyamız çox mürəkkəbdir. Daha dəqiq ifadə etsək, müəyyən siyasi məkrli qüvvələr özünün indiki və gələcək missioner maraqları naminə formalaşmaqda olan y...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    