Xankəndi, Ağdərə və Xocalı sakinlərinin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb
 
                            Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.
BAKU.WS xəbər verir ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilən məlumata görə bunu Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar" mövzusunda konfransında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib
O qeyd edib ki, hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb.
"Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. Bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub", - deyə E. Yusubov qeyd edib.
Oxşar xəbərlər
Suriyadan qayıdan azərbaycanlılar DANIŞDILAR: "Keçmişdən gələcəyə dönmüş kimi hiss edirəm"
Suriyadan qayıdan azərbaycanlılar təəssüratlarını Azərbaycan Televiziyası (AzTV) ilə bölüşüblər. Onlar Xarici İşlər Nazirliyi (XİN) xətti ilə ölkəmizə geri dönd...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    