SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrda 24 saat ərzində 1000 zəlzələnin şahidi olan İslandiyada qorxunc təbiət hadisəsi yaşanır.

BAKU.WS xəbər verir ki, hazırda Reykjanes yarımadasında vulkan püskürür.

Daha əvvəl təhlükə səbəbindən 4 min insanın təxliyə edildiyi bölgədə fövqəladə vəziyyət elan edilib, bütün yollar bağlanıb, insanların küçələrdə gəzməsi qadağan olunub.

İslandiya Meteorologiya Baş İdarəsi partlayışın dəqiq yerini və ölçüsünü müəyyən etmək üçün bölgəyə vertolyot göndərildiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara görə, partlayış Reykyavikin cənubundakı Haqafell şəhəri yaxınlığında baş verib.

Lavaya yaxınlaşan bütün yollar bağlanıb, nəqliyyatın hərəkəti qadağan edilib.

İslandiyalı seysmoloq Kristin Jonsdottirin sözlərinə görə, saniyədə təxminən 100-200 kubmetr lava çıxıb.

***09:57

İslandiyanın cənub-şərqində, Reykjanes yarımadasında həftələrlə davam edən zəlzələlərdən sonra vulkan püskürüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın yerli vaxtla saat 22.17-də Qrindavik şəhərinin şimalında başladığı açıqlanıb.

Əvvəllər, təxminən 4 min insan Grindavik balıqçı qəsəbəsindən təxliyə edilmiş və şəhər yaxınlığındakı geotermal spa (Mavi Göl) bağlanmışdı.

Oktyabrın sonundan bəri İslandiyanın paytaxtı Reykyavik ətrafında çoxlu zəlzələlər baş verib.

BAKU.WS
VİDEO