SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Mabel Matiz yeni addımı ilə gündəm olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi "Altın Kelebek" mükafatını "Sahibinden satılık" satış səhifələrindən birinə yerləşdirib.

Mabel onu cəmi 5 lirəyə (təxminən 0.29 qəpik) satdığını bildirib.

İfaçının bu addımı sosial şəbəkələrin və mətbuatın gündəminə çevrilib. 

Xatırladaq ki, Mabel Matiz bu mkafata 2019-cu ildə layiq görülüb. O "Ən yaxşı kişi müğənni" kateqoriyasında "Altın Kelebek" alıb. 

BAKU.WS