SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada elə uşaqlar var ki, sürücülük vəsiqəsi almadan və ya orta məktəbi bitirmədən milyonlar qazanırlar. Bu uşaqlar pullarını yutubda öz işlərini görərək, aktyorluq edərək və hətta şirkətlərə sahib olmaqla qazanırlar.

BAKU.WS xarici mediaya istinadən dünyanın ən varlı 10 uşağını təqdim edir:

İzabella Barret

Karyerasına "TLC"nin "Toddlers & Tiaras" proqramında başlayan Barret 6 yaşında milyonçu olub. İndi gənc qız olan İzabella Barrett indi 5 brendin sahibidir. O, həmçinin bir çox gənc məşhurların uşaqlarını geyindirir.

Nik D'Alosio

Nik D'Alosio 12 yaşında öz-özünə proqram təminatı yazmağı öyrənib. 15 yaşında olarkən o, "Summly" adlı pulsuz "iPhone" proqramı hazırlayıb. Sonra 17 yaşı olanda "Yahoo!" tətbiqini satıb.

Moziah Brics

Moziah balaca uşaq olanda geyinməyi çox sevirdi. O, mağazalarda satılan qalstuklara nifrət edirdi və cəmi 9 yaşında olanda bu problemi həll etmək üçün öz şirkətini qurub.

Nənəsi ona tikiş tikməyi öyrədib və o, anasının köməyi ilə istəyinə nail olub. İndi 15-50 ABŞ dolları arasında dəyişən papyon, qalstuk və digər aksessuarlar istehsal edir. 6 il ərzində şirkət ümumilikdə 600 min dollardan çox məhsul satıb.

Kayl Ciersdorf

Cəmi 16 yaşında olan Kayl Nyu-Yorkda Fortnite Dünya Kubokunu qazandığı anda milyonçu olub.

Evan

Evanın hekayəsi hələ 5 yaşında olanda başlayıb. Evan və atası "Angry Birds" oyuncaqları ilə "stop-motion" videosu çəkib. O, videonu yalnız ailəsinə və dostlarına göstərmək istəyib, lakin onun gözlədiyindən daha çox insan kadrları əyləncəli hesab edib.

2015-ci ildə Evan milyonlarla baxışla təxminən 1,3 milyon dollar qazanıb.

Farhad Asitvella

Hazırda 27 yaşı olan Farhad on ildən artıqdır ki, sahibkardır. 13 yaşı olanda o, aviasiya modelləşdirməsi və aviasiya ilə bağlı onlayn icma yaratmaq üçün ailəsindən 10 dollar borc alıb. Bir müddət sonra o, layihəsini pərəstişkarına təxminən 1200 dollara satıb.

Meti Devid Moris

MattyB kimi tanınan Morris yutub karyerasına orijinal videoları remiks etməklə başladı. O, Castin Biberin mahnısının ilk coverini 2010-cu ildə cəmi 7 yaşında olarkən yayımlayıb. Onun kanalı 4 ildə bir milyard baxışa çatıb.

Alina Mors

Alian cəmi 9 yaşında ikən şəkərsiz konfet şirkətini qurub. Çünki atası ona şəkər yeməməli olduğunu, dişlərinə zərər verəcəyini deyib. Beləliklə, o, yutub videolarından şəkərsiz konfet reseptlərini öyrənib və 13 yaşında ikən "Zolli Candy" mətbəxini qurub. O, 2018-ci ildə 6 milyon dollar qazanıb.

Rayan Kaji

Rayan yutubda oyuncaqlar haqqında rəylər videoları hazırlayırdı. İlk vaxtlar heç kim videolara baxmırdı, amma anasının ağlına gələn bir fikir oğlunun bugünkü uğurunun yolunu açıb. Anası Rayanın 100-dən çox "Pixar Maşınları"ı seriyası ilə oynadığı videonu çəkərək yayımlayıb.

9 yaşlı Rayan hazırda təxminən 30 milyon dollar qazanaraq ən çox qazanan yutuberlərdan biridir.

Nastya

İnternetdə Nastya kimi tanınan Anastasiya Radzinskaya uşaq yutuberlərdəndir. Rusiyada doğulan Nastyaya serebral iflic diaqnozu qoyulub. O zaman həkimlər onun ümumiyyətlə danışa bilməyəcəyindən narahat idilər. 2015-ci ildə valideynləri "Like Nastya" kanalını qurdular. Qutudan çıxan oyuncaqlarını lentə alan Nastyanın hazırda yutub platformasında 190,6 milyon abunəçisi var.

BAKU.WS