21 yaşlı sevgilisini öldürdü, cəsədini parçalayıb turşuda əritdi - Dəhşətli qətl

21 yaşlı sevgilisini öldürdü, cəsədini parçalayıb turşuda əritdi - Dəhşətli qətl
Dünya 86

Sankt-Peterburq sakini avtomobilində insan qalıqları aşkar edildikdən sonra saxlanılıb.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə şübhəlinin keçmiş həyat yoldaşının hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasından sonra məlum olub.

Qadın keçmiş ərinin yeni sevgilisini öldürdüyünü və onu turşu ilə doldurulmuş çəlləyə atdığını bildirib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi tez bir zamanda başqa rayonda saxlayıblar. Onun avtomobilində həqiqətən də bədən hissələri olan çəllək aşkarlanıb. Tezliklə o, Sankt-Peterburqa çatdırılacaq.

"Hadisənin bütün hallarının müəyyən edilməsi, törədilmiş cinayətlə bağlı sübutların toplanması və təmin edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir", - idarədən bildiriblər.

"78.ru" isə olayın təfərrüatını əks etdirən məlumatlar yayıb. İddiaya görə, 36 yaşlı qatil 21 yaşlı sevgilisinə çoxlu bıçaq zərbələri vurub. Qızın nəfəs almadığını gördükdən sonra isə onu vanna otağına apararaq cəsədini parçalayıb.

"Qatil nəhayət dəlillərdən xilas olmaq üçün cəsəd parçalarını çəlləyə qoyub və onu turşu ilə doldurub", - nəşr yazır.

Hadisədən sonra keçmiş həyat yoldaşına zəng edərək hər şeyi ətraflı danışan və qadından onun yanına qayıtmasını tələb edən qatil əks halda onu da eyni formada öldürəcəyini deyib.

Oxşar xəbərlər

Son xəbərlər