VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, Ukraynanın bütün vilayətlərinə dron hücumları olub:

“Ümumilikdə ölkə üzrə gecədən səhərə kimi əsasən İran istehsalı olan dronlardan ibarət hava hücumları olub. Onlardan 42-sinin Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən qarşısı alınıb. Lakin buna baxmayaraq, dağıntılar və tələfat var. Dağıntılarla bağlı hələ ki, məlumat yoxdur”.

Həmçinin qeyd edilib ki, son vaxtlar Ukraynanın qərb vilayətləri, xüsusilə də Avropaya sərhəd olan ərazilər daha çox dron hücumuna məruz qalır.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO